Baydenin baş müşaviri Azərbaycana gəldi

Baydenin baş müşaviri Azərbaycana gəldi

ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Feysbuk səhifəsində paylaşım edilib.

“Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, – paylaşımda ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.

Teqlər: