Baydenin ağlı yerindədir, yoxlamağa gərək yoxdur – Ağ Ev

Baydenin ağlı yerindədir, yoxlamağa gərək yoxdur – Ağ Ev

İllik tibbi müayinə çərçivəsində ABŞ Prezidenti Co Baydenin əqli qabiliyyətini qiymətləndirməyə ehtiyac yoxdur.

AzerTimes xəbər verir ki, bu Ağ Evin məlumatında deyilir.

Qeyd edək ki, bundan öncə prezidentlər Barak Obama və Donald Trampın səhhəti ilə məşğul olan həkim Ronni Ceksonun koqnitiv qabiliyyətlərinin zəifləməsi səbəbindən Baydenin ABŞ-a rəhbərlik edə bilməyəcəyi barədə bəyanatı yayılıb.

Həkim həmçinin bildirib ki, Bayden çoxlu müxtəlif psixi testlərdən keçməli və nəticələri vətəndaşlara təqdim edilməlidir.

Teqlər: