Baydenin 24 aprel tarixli çıxışı tarixə qara bir ləkə kimi düşüb – Bahçeli

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələri ilə bağlı açıqlaması ilə erməni diasporunun girovu olduğunu təsdiqlədi.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.

O bildirib ki, C.Bayden bu açıqlaması ilə tarix cinayəti törədib: “ABŞ-ın sabiq prezidenti Reyqandan sonra açıq şəkildə “soyqırımı” haqqında danışan ilk prezident bu şəxs olub. Baydenin 24 aprel tarixli çıxışı tarixə qara bir ləkə kimi düşüb, Türkiyə ilə ABŞ arasında münasibətlərə təhdid yaradıb”

Teqlər: