Xəbər - Ləman Zeynalova – Trend:
ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatı Ankaranı Vaşinqtondan daha da uzaqlaşdıracaq.
Bunu AzerTimes-a Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.
O, Bayden administrasiyasının nəyə nail olmaq istədiyini anlamadığını bildirib: “Bu bəyanatın mənfi nəticələri aşkardır: “Türkiyə ABŞ-dan daha da uzaqlaşacaq və Türkiyədə daha çox insan ABŞ-ı düşmən ölkə kimi qəbul edəcək. Bu, həm də Türkiyənin Ermənistanla sərhədləri açmaq ehtimalını da azaldacaq. Bu təqdirdə Bayden administrasiyasının erməni diasporunu sevindirən bəyanatı yekunda Ermənistanda yaşayan ermənilərin həyatını çətinləşdirə bilər”.
(Tərcümə: Orxan Nəbiyev)