ABŞ Prezidenti Co Bayden prezidentlik yarışında qalmalıdır, lakin ona icazə verməyəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X səhifəsində yazıb.
“Düşünürəm ki, o prezidentlik yarışında qalmalıdır, lakin onlar onu uzaqlaşdırmağa hazırlaşırlar”, – deyə Mask bildirib.
Milyarder konkret olaraq kimlərin Baydenə mane olduqlarını açıqlamayıb.