Baydenə məktub göndərildi: İranla razılaşma…

Baydenə məktub göndərildi: İranla razılaşma…

ABŞ Nümayəndələr Palatasındakı üç yüksək səviyyəli respublikaçı Bayden administrasiyasına məktub göndərib.

AzerTimes xəbər verir ki, məktubda Tehran-Vaşinqton arasındakı son razılaşma tənqid edilib.

Respublikaçılar pərdə arxasında əldə edilən bu razılaşmanın ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər törətdiyini yazıblar.

Sözügedən məktubu ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Maykl Makkol, bu palatada olan Stiv Skaliz və Respublikaçılar Assambleyasının sədri Eliz Stefanik imzalayıb.

Məktub müəllifləri Bayden hökumətini İranın nüvə enerjisi mövzusunda Tehranla gizli anlaşma əldə etməkdə ittiham ediblər.

Teqlər: