ABŞ Prezidenti Co Bayden heç vaxt Rusiya lideri Vladimir Putin qədər dəstək qazanmayıb.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Siyasətçi kimi bütün karyerası ərzində prezident Bayden heç vaxt prezident Putin qədər dəstək qazanmayıb. O, buna can atmalıdır, xüsusən də onu çox çətin seçki gözləyir. Biz başa düşürük ki, ABŞ indi seçki platformasını arzuolunmaz rəqiblərdən fəal şəkildə təmizləyir. Amma bizim öz qayğılarımız var, onlarla məşğul olacağıq”, – o bildirib.