ABŞ Prezidenti Co Bayden Ukraynaya 400 milyon dollar həcmində hərbi yardımla bağlı əmr imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, hərbi yardıma “Patriot” mərmiləri, “Stinger” raketləri, “Bredli” piyada döyüş maşınları və digər döyüş ləvazimatları daxildir.