Baydendən Türkiyə – NATO razılaşmasına reaksiya…

Baydendən Türkiyə – NATO razılaşmasına reaksiya…

ABŞ Prezidenti Co Bayden İsveç və Finlandiyanı NATO üzvlüyü ilə bağlı əldə edilən razılaşmadan dolayı tərəfləri təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Tvitter səhifəsində yazıb.

“Üçtərəfli memorandum imzaladıqları üçün Finlandiya, İsveç və Türkiyəni təbrik edirəm. Bu, NATO-nun İsveç və Finlandiyaya dəvəti üçün mühüm addımdır və ittifaqı gücləndirib, kollektiv təhlükəsizliyimizi artıracaq. Sammitə başlamaq üçün gözəl bir yoldur”, – deyə bildirilib.

Teqlər: