ABŞ Prezidenti Co Bayden qarşıdan gələn noyabr seçkilərində ən çox ehtimal olunan rəqibi Donald Trampın davranışından asılı olaraq, onunla teledebatlarda iştirak edib-etməmək barədə qərar vermək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə Bayden özü bildirib.
“Bu, onun davranışından asılıdır”, – Bayden vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ-ın keçmiş prezidenti Tramp Co Baydeni debata dəvət edib.