Baydendən Rusiyaya daha bir qadağa

Baydendən Rusiyaya daha bir qadağa

Prezident Co Bayden Rusiya uranının ABŞ-a idxalını qadağan edən qanunu imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Rusiyada və ya Rusiya müəssisəsi tərəfindən istehsal olunan şüalanmamış az zənginləşdirilmiş uranın idxalını qadağan edən “Rusiya uranının idxalını qadağan edən qanun”u imzalayıb”, – məlumatda deyilir.

Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə bildirib ki, imzalanan qadağa mülki nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Teqlər: