ABŞ Prezidenti Co Bayden gizli şəkildə hökumətə Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı məlumatları Haaqa Beynəlxalq Cinayət Məhkəməsiylə bölüşməyi tapşırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məsələ ilə tanış olan rəsmi mənbələrə istinadən məlumat yayıb.
Rəsmilərin fikrincə, prezidentin bu addımı ABŞ siyasətində ciddi dəyişikliyin olduğunu deməyə əsas verir.
Nəşrin məlumatına görə, ABŞ Rusiya rəsmilərinin Ukraynada mülki infrastruktura qəsdən zərbələr endirmək, eləcə də ukraynalı uşaqları işğal olunmuş ərazilərdən zorla deportasiya etmək qərarına dair məlumatlara sahibdir.