ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin hərbi vəziyyətin elan edilməsi ilə bağlı qərarına reaksiya verib.
AzerTimes xəbər verir ki, Amerika lideri Kreml rəhbərinin bununla Ukrayna vətəndaşlarını qorxutmağa çalışdığını bildirib.
“Düşünürəm, Vladimir Putin olduqca çətin vəziyyətdədir. Mənə elə gəlir ki, bu, onun üçün yeganə vasitə kimi görünür: Ukrayna vətəndaşlarına qarşı qəddarlıq, onları təslim olmaq üçün qorxutmağa cəhd… Onlar bunu etməyəcəklər”, – deyə Bayden jurnalistlərə bildirib