Baydendən paşinyana: Bu, bütün Qafqazı dəyişəcək!

Baydendən paşinyana: Bu, bütün Qafqazı dəyişəcək!

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərərək, onu 2024-cü ilin sonuna qədər Azərbaycanla sülh sazişi üzərində işi başa çatdırmağa çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Bildiyiniz kimi, sülh sazişinin qalan maddələrinin yekunlaşdırılması əzmkarlıq, müdriklik və kompromis tələb edəcək. Lakin siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla cəsarətlə və ardıcıl olaraq sülh yolunu seçdiniz və mən sizi bu il müqaviləni başa çatdırmağa çağırıram”, – Bayden məktubda bildirib.

Bayden Paşinyanı əmin edib ki, ABŞ çoxəsrlik münaqişəyə nəhayət son qoyacaq uzunmüddətli və şərəfli sülh sazişini dəstəkləməyə hazırdır.

“Ermənistanın birliyini, suverenliyini və ərazi bütövlüyünü təmin edən sülh sazişi təkcə erməni xalqına təhlükəsizlik və stabillik gətirməyəcək, həm də bütün Cənubi Qafqaz regionunu dəyişəcək”, – deyə Bayden vurğulayıb.

Teqlər: