Baydendən Orbanla Trampın görüşünə reaksiya

Baydendən Orbanla Trampın görüşünə reaksiya

ABŞ Prezidenti Co Bayden keçmiş prezident Donald Trampın Florida ştatında Macarıstan Baş naziri Viktor Orbanla görüşünə reaksiya verib.

AzerTimes xəbər verir ki, Bayden Trampla Orbanın görüşünü kəskin tənqid edib.

“Bilirsiniz, bu gün o (Tramp – red.), Mar-a-Laqoda kiminlə görüşür? Qətiyyətlə demokratiyanın işlədiyinə inanmadığını deyən və diktatura axtaran Macarıstandakı Orbanla”, – Bayden qeyd edib.

Teqlər: