Baydendən növbəti səhv

Baydendən növbəti səhv

ABŞ Prezidenti Co Bayden növbəti dəfə çıxışı zamanı səhvə yol verib.

AzerTimes xəbər verir ki, o, Floridada çıxış edərkən Ukraynanı İraqla səhv salıb:

“Hazırda İraqdakı müharibə və Rusiyanın hərəkətləri səbəbindən neftə təsirlər inflyasiyanı qlobal problemə çevirib” – deyən Bayden daha sonra səhvini düzəldib – “Bağışlayın, Ukraynadakı müharibə”.

Oğlum orada öldüyü üçün İraq haqqında düşünürəm. Buna görə öldü” – Bayden bildirib.

Qeyd edək ki, Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. 2015-ci ildə ABŞ-da xəstəxanaya yerləşdirildikdən sonra beyin xərçəngindən 46 yaşında vəfat edib.

Teqlər: