Rusiyalı siyasətçi Aleksey Navalnı həbs, yaxud ölümlə üzləşmək ehtimalını bildiyi halda işini davam etdirmək üçün Rusiyaya qayıtdı.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
“O, istənilən halda bunu etdi. Çünki ölkəsinə dərindən inanırdı. Buna inanmamaq üçün səbəbim yoxdur. Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır. Navalnı ilə bağlı baş verənlər Putinin qəddarlığını bir daha təsdiq edir”, – deyə Ağ Ev rəhbəri bildirib.