ABŞ Liviyanı xalqının sabit, demokratik və firavan gələcəyə nail olması üçün dəstəkləməyə davam edəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfiyə təbrik məktubunda deyib.
Bayden məktubunda şuranın milli sülhə çağırış səylərini yüksək qiymətləndirib və bu mühüm layihədə iştirak etmək arzusunda olduğunu bildirib.
Qeyd edək ki, 24 dekabr Liviyada müstəqillik günü kimi qeyd edilir.