Konqres borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsə, ABŞ-ın defoltu bütün dünyada iqtisadi problemlərə gətirib çıxaracaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Amerikanın etibarlı tərəfdaş kimi zəhmətlə qazandığı reputasiyasının qorunması ilə bağlı çoxlu müzakirələr gedir. Bu, Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir, eyni zamanda dünya iqtisadiyyatı üçün də… İndi resessiya, milyonlarla iş yeri, dünya arenasında Amerikanın statusu ilə risk etmək vaxtı deyil”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Bayden borc həddinin 31,4 trilyon dollardan yuxarı qaldırmaq üçün Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti ilə danışıqlara başlayıb.