ABŞ Prezidenti Co Baydenin səhvləri və nitq çaşqınlığı onun yaşa bağlı demensiya olduğunu göstərə bilər.
AzerTimes xəbər verir ki, Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib.
“Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində nəzərə çarpan çox fərq var. Bu, həqiqətən kədərlidir. Hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır”, – həkim bildirib.
Onun sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O, hesab edir ki, hazırkı ABŞ liderinin vəziyyəti çətin ki, sabitləşsin və normallaşsın.