ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski
ilə telefon danışığı zamanı Vaşinqtonun Kiyevə “davamlı dəstəyi”ni
müzakirə edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Məlumata əsasən, telefon danışığı bir saata yaxın davam
edib:
“Prezident Bayden prezident Zelenskiyə ABŞ-ın Ukraynaya davamlı
dəstəyi barədə aktual məlumatı vermək üçün zəng edib”. Danışığın
məzmunu ilə bağlı əlavə məlumat verilməyib.
Ukraynda prezidenti öz “Twitter” səhifəsində yazıb ki, o “Prezident Bayden ilə daimi dialoqu davam etdirib”:
“Əlavə müdafiə paketi və Ukrayna üçün mümkün makromaliyyə
dəstəyi müzakirə edilib”. V.Zelenski qeyd edib ki, Rusiyaya qarşı
sanksiyaların sərtləşdirilməsi barədə razılıq verilib.