ABŞ Prezidenti Co Bayden Hərbi Hava Qüvvələrinin Akademiyasının məzuniyyət günündə kürsüyə çıxan zaman yıxılıb.
AzerTimes xəbər verir ki, gözlənilməz olaydan mərasim iştirakçıları bir anlıq şok keçirib.
Daha sonra Bayden cangüdənləri tərəfindən qaldırılıb.
Qeyd edək ki, bu, ABŞ liderinin ilk yıxılması deyil, bundan öncə də bir neçə dəfə o gözlənilməz situasiya ilə qarşılaşıb.