Bayden Yaponiya və Cənubi Koreyaya səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden mayın axırı Cənubi Koreya və
Yaponiyaya səfər edəcək.

Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki
deyib.

“Prezident Cozef Bayden hökumətlərimiz, iqtisadiyyatlarımız və
xalqlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün mayın
20-24-də Koreya Respublikasına və Yaponiyaya səfər edəcək”, – deyə
C.Psaki bildirib.

Onun sözlərinə görə, hər ölkədə C.Bayden yerli liderlərlə –
Koreya Respublikasının yeni seçilmiş prezidenti Yun Sok Yol və
Yaponiyanın baş naziri Fumio Kişida ilə ikitərəfli görüşlər
keçirəcək.

C.Psaki qeyd edib ki, Tokioda ABŞ prezidenti həmçinin Avstraliya
və Hinsitan liderləri ilə də görüşəcək.