Ən yaxın qohumları və dostları müvafiq qərar verərsə, Co Bayden prezidentlik yarışından geri çəkiləcək.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, Bayden üçün qərar verən insanlar onun həyat yoldaşı Cill Bayden, kiçik bacısı Valeri Bayden və Amerika liderinin çoxdankı dostu və daimi müşaviri olan 85 yaşlı Ted Kaufman, həmçinin Ağ Ev müşavirlərinin kiçik bir qrupudur.
Qeyd edək ki, Co Baydenin prezidentlik uğrunda yarışda rəqibi Donald Trampa debatda məğlub olması dünya mediasının diqqət mərkəzindədir.