Yaş və sağlamlıq problemləri ABŞ-ın hazırkı prezidenti Co Baydenin ikinci müddətə seçilməsinə mane ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə “American conservative” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 2024-cü ilin noyabrında keçiriləcək əsas seçkilər üçün Demokratlar Partiyası çox güman ki, daha gənc və sağlam namizəd irəli sürməyə qərar verəcək.
Neyrocərrah və Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Ben Karson bildirib ki, ABŞ lideri Co Bayden öz vəzifələrini tam yerinə yetirmək iqtidarında deyil. Ekspertin fikrincə, tez-tez səhv addımlar prezidentin ruhi xəstə olmasının sübutudur. O əlavə edib ki, administrasiya Baydenin bəyanatlarına görə daim nəyi isə izah etməyə məcbur qalır.