ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpin arasında görüş yaxın bir neçə ay ərzində baş tuta bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken ABC televiziyasında məlumat verib.
“Prezident Bayden və çinli həmkarı Si Szinpin arasında üzbəüz qarşılıqlı əlaqənin əvəzi yoxdur. Ona görə də mən gözləyirəm ki, biz bunu yaxın aylarda görəcəyik”, – deyə, Blinken bildirib.