ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Szinpinlə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, liderlər ABŞ və Çin arasındakı ikitərəfli əlaqələri, kommunikasiya kanallarının gücləndirilməsinin davamlı əhəmiyyətini, Vaşinqton və Pekin rəqabətinin məsuliyyətli idarə olunmasını və bir sıra regional və qlobal məsələləri nəzərdən keçiriblər.