Bayden və Szinpin bu tarixdə görüşə bilər

Bayden və Szinpin bu tarixdə görüşə bilər

Çin lideri Si Szinpin koronavirus pandemiyasının başlamasından bəri xaricə ilk səfərinə hazırlaşır. Səfər zamanı onun Co Baydenlə görüşü baş tuta bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit” nəşri məlumat yayıb.

Bildirilir ki, Çin lideri Cənub-Şərqi Asiya ölkələrinə səfər edəcək. Həmçinin, o, noyabrın 15-16-da İndoneziyanın Bali adasında baş tutacaq G20 sammitində də iştirak etməyi planlaşdırır.

Bundan sonra Szinpin Banqkoka gedərək Asiya-Sakit okean iqtisadi əməkdaşlıq forumunda iştirak edəcək. Nəşrin məlumatına görə, məhz tədbir çərçivəsində ABŞ və Çin liderlərinin potensial görüşü hazırlanır.

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi və Ağ Ev nəşrin Bayden və Si Szinpinin mümkün görüşü ilə bağlı məlumatına münasibət bildirməyib.

Teqlər: