Bayden və Szinpin arasında gizli razılaşma

Bayden və Szinpin arasında gizli razılaşma

Publisist Andrey Piontkovski əmindir ki, ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpin arasında keçirilən görüşdə Pekinin yaxın gələcəkdə Tayvan məsələsini hərbi yolla həll etməyəcəyi ilə bağlı ictimaiyyətə açıqlanmayan razılıq əldə olunub.

AzerTimes xəbər verir ki, bu barədə analitik ukraynalı jurnalistlərlə söhbətində danışıb.

Ekspertin sözlərinə görə, oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrailə hücumu ilə Yaxın Şərqdə başlayan müharibəyə Vaşinqtonun qətiyyətli reaksiyası, həmçinin Amerika tərəfinin Ukraynaya dəstəyini davam etdirmək niyyəti ilə bağlı qəti bəyanatları Pekinin Tayvanla bağlı planlarını dəyişib:

“ABŞ çox qətiyyətlə cavab verdi: İsrailə tam dəstək göstərdi, iki təyyarədaşıyan gəmi qrupunu, bir sualtı qayığını İsrail sahillərinə göndərdi. Si bütün bunları başa düşür. O anladı ki, amerikalılar geri çəkilməyəcək, nə Ukraynanı təslim edəcək, nə də İsraili. Bu səfərin ən mühüm qeyri-rəsmi nəticəsi yoldaş Sinin yaxın gələcəkdə Tayvan məsələsini hərbi yolla həll etməyə çalışmamaq vədi oldu”.

Ekspert son vaxtlar Çin rəhbərliyində baş verən qəribə hadisələrə də diqqət çəkib:

“Szinpinin Pekində vəziyyəti heç də sadə deyil. Biz orada nə baş verdiyini görürük: əvvəlcə müdafiə naziri yoxa çıxdı, sonra Çin nomenklaturasının standartlarına uyğun gənc, keçmiş baş nazir Li infarktdan öldü. Li Çinin yeni sədri olmalı idi… Orada hər şey çox çətindir və narazılıq artır”.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden və Çin sədri Si Szinpin San-Fransisko yaxınlığındakı Filoli malikanəsində 15 noyabrda görüşüblər.

Teqlər: