ABŞ prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpinin arasında virtual sammitin keçirilməsi noyabrın 15-nə planlaşdırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ adminsitrasiyasındakı mənbəyə istinadən “Politico” xəbər verib.
Mənbənin sözlərinə görə, sammit noyabrın 15-i Vaşinqton vaxtı ilə axşam saatlarında keçiriləcək.
Xatırladaq ki, daha əvvəl C.Bayden və Si Cinpin arasında virtual sammitin keçiriləcəyini tərəflər təsdiqləyib. Lakin sammitin keçiriləcəyi vaxt barədə rəsmi açıqlama verilməyib.