Bayden və Netanyahu yenə telefon danışığı apardı

Bayden və Netanyahu yenə telefon danışığı apardı

ABŞ Prezidenti Co Bayden və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.

“Prezident Bayden və Baş nazir Netanyahu bu səhər İsrail və Qəzzadakı hadisələri müzakirə etmək üçün danışıblar”, – açıqlamada bildirilib.

Qeyd edək ki, son bir neçə həftə ərzində ABŞ və İsrail liderləri Yaxın Şərqdə misli görünməmiş gərginliyin artması ilə bağlı ən azı doqquz telefon danışığı aparıblar.

Teqlər: