Bayden və Makrondan Tiflisə çağırış: Qayıt!

Bayden və Makrondan Tiflisə çağırış: Qayıt!

ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik istəklərində dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun 8 iyunda keçirdikləri görüşün yekunlarına aid birgə bəyanatda bildirilib.

“Prezidentlər hakim Gürcü Arzusu Partiyasını ictimaiyyətin istəklərinə hörmətlə yanaşmağa və Avro-Atlantik yola qayıtmağa çağırırlar”, – bəyanatda vurğulanıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməsi Qərbdə ciddi narazılığa səbəb olub. ABŞ buna görə Tiflisə sanksiyaları nəzərdən keçirir, eyni zamanda AB viza rejimini sərtləşdirəcəyini elan edib.

Teqlər: