ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris
Conson telefon danışığı zamanı Rusiya və Ukrayna rəhbərliyi ilə
təmasların gedişatını müzakirə ediblər.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, danışıq zamanı, həmçinin NATO-nun şərq
cinahının gücləndirilməsi və Moskvaya qarşı mümkün yeni
sanksiyaların hazırlanması müzakirə olunub.
Bildirilib ki, C.Bayden və B.Conson “Ukrayna və Rusiya ilə son
diplomatik əlaqələr” haqqında fikir mübadiləsi aparıblar:
“Onlar həmçinin Rusiyanın Ukrayna ilə sərhəddə davam edən hərbi
güclənməsinə cavab olaraq davam edən diplomatiya sahəsində və
çəkindirmə səylərini nəzərdən keçirib və Ukraynanın suverenliyi və
ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqləyiblər”.