Bayden və Conson G7 liderlərinin onlayn görüşünü keçirmək üzrə razılığa gəliblər

ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər G7 liderlərinin onlayn görüşünü keçirməyə razılaşıblar: “Onlar G7 liderlərinin ümumi strategiya və yanaşmanı müzakirə etmək üçün gələn həftə virtual görüş keçirəcəkləri barədə razılığa gəliblər”.


Qeyd edilir ki, tərəflər öz vətəndaşlarını və Əfqanıstan vətəndaşlarını təxliyə etmək üçün Kabildə çiyin-çiyinə çalışan əsgər və mülki işçilərinin cəsarətini və peşəkarlığını yüksək qiymətləndiriblər.