Bayden Ukraynaya yeni yardımı elan edəcək

Bayden Ukraynaya yeni yardımı elan edəcək

Bir neçə həftəyə səlahiyyət müddəti başa çatacaq ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası Ukraynaya böyük yekun yardım paketi elan etmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun iki yüksək vəzifəli rəsmisinə istinadən “Assoşeyted Press” agentliyi məlumat yayıb.

Yeni silah paketinin elanı ABŞ-ın müdafiə naziri Lloyd Ostinin yanvarın 9-da Almaniyaya səfəri çərçivəsində baş tutmalıdır və burada “Ramşteyn” formatında görüş keçiriləcək.

Rəsmilər yeni paketin dəqiq məbləğini açıqlamayıblar.

Teqlər: