Bayden Ukraynaya səfər etməyə hazır olduğunu bildirib

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər etməyə hazır
olduğunu bildirib.

AzerTimes-ın məlumatına görə, bu barədə C.Bayden jurnalistlərə
açıqlamasında deyib.

O, ABŞ-ın yüksəkvəzifəli şəxslərinin Ukraynaya səfərinin
hazırlandığını qeyd edib. Jurnalistlərin C.Baydenin özünün
Ukraynaya getməyə hazır olub-olmamasına dair sualına cavabında isə
o, müsbət cavab verib.

Daha əvvəl ABŞ mediası C.Bayden administrasiyasının ABŞ-ın
yüksək rütbəli rəsmilərinin Ukraynaya səfərini müzakirə etdiyini
bildirirdi.