ABŞ Prezidenti Co Bayden jurnalistin ona ünvanladığı “Ukraynanın qalib gəlməsini istəyirsiniz, yoxsa yox” sualına gülüb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatında video yayılıb.
Görüntülərdə jurnalist Amerika liderindən soruşur: “Prezident Bayden, Ukraynanın qalib gəlməsini istəyirsinizmi?”
Bayden isə cavab olaraq növbəti sualı vermək istədiyi jurnalistə barmağını göstərərək gülür. Və sualı cavabsız qoyur.
“Hə, ya yox?” – deyə jurnalist təkrar sual verir.
Amerika Prezidenti gözlərini yumub, daha da gülümsəyir və başını bulayır.