Bayden Ukrayna üçün gizli silahını işə salır

Bayden Ukrayna üçün gizli silahını işə salır

ABŞ Prezidenti Co Bayden respublikaçıları Ukraynaya yardıma inandırmaq məqsədilə Britaniyanın keçmiş baş naziri Liz Trassdan istifadə edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko”nun yazarları Eleni Kurea və Ester Uebber məqalələrində bildiriblər.

“Co Baydenin Ukrayna üçün gizli silahı Liz Trassdır”, – məqalədə deyilib.

Jurnalistlər bildiriblər ki, Britaniyanın keçmiş baş naziri bu həftə skeptik respublikaçıların Ukraynaya dəstəyini artırmaq üçün Vaşinqtona gedib:

“Atlantikanın hər iki tərəfindəki yüksək səviyyəli diplomatlar ümid edirlər ki, Trass vəziyyətdən çıxmağa kömək edə bilər”.

Teqlər: