Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək

ABŞ Prezidenti Cozef Bayden fevralın 16-sı Ukrayna ətrafındakı
vəziyyətlə bağlı çıxış edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin yenilənmiş
qrafikində deyilir.

“Prezident Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar
verəcək. O, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq olduğunu və
müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu təsdiq edəcək”, –
deyə Ağ Evin məlumatında deyilir.

Qeyd edilir ki, çıxış Bakı vaxtı ilə saat 00:30-a
planlaşdırılır.

“ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru
ən yaxşı yol olduğuna inanmaqda davam edir, lakin istənilən
ssenariyə hazırdır”, – deyə məlumatda qeyd edilir.