Türkiyədə prezident seçkilərində müxalifətin namizədi Bayden kimi desə həmin şəxs ola bilər.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin Ana Vətən Partiyasının baş katibi Doğu Perinçək qatıldığı proqramda deyib.
“Artıq Kılıçdaroğlu ola bilməz. Çünki ABŞ onun üzərindən xətt çəkib. ABŞ-ın favoriti Maral Akşenərdir. O daxili işlər naziri olduğu dövrdə polis şöbələrinə FETÖ-çuları rəhbər təyin etmişdi. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrində gedən gizli danışıqları da dinlətmişdir”, – baş katib bildirib.
Perinçək qeyd edib ki, Türkiyədə Millət İttifaqının iqtidara gəlmək şansı sıfıra bərabərdir:
“Bu ancaq müharibə ilə baş verə bilər. ABŞ gəlib Ankaranı ələ keçirər. Adıçəkilən müxalifət liderlərini də İraq da etdiyi kimi hakimiyyətə gətirər. “Bayden tayfası”, Maral Akşenər, Kamal Kılıçdaroğlu, FETÖ və PKK ölkəni idarə edər”.