ABŞ Prezidenti Co Bayden kaset sursatlarının Ukraynaya təhvil verilməsi qərarından narahat olduğu üçün Böyük Britaniyaya gedir.
AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Məlum olduğu kimi, prezidentin Londona səfəri iyunun 9-10-da nəzərdə tutulmuşdu. Amma o, sabah Baş nazir Rişi Sunakla görüşərək müxtəlif məsələləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə edəcək. Bayden tacqoyma mərasimindən sonra ilk dəfə Kral Çarlzla da görüşəcək. Amerika Prezidenti Türkiyənin İsveçin NATO-ya daxil olmasına icazə verməsinə dəstək üçün Sunaka müraciət edə bilər. Həmçinin, bu məsələ NATO-nun Litvada keçiriləcək sammitinin gündəliyinə düşə bilər – sursat ehtiyatlarının artırılması və müdafiə planlarının nəzərdən keçirilməsi ilə yanaşı…” – məlumatda deyilir.