Bayden Trampı böyük təhlükə adlandırdı

Bayden Trampı böyük təhlükə adlandırdı

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün Pensilvaniya ştatında kampaniyaya başlayan Prezident Co Bayden ilk çıxışında keçmiş həmkarı Donald Trampı hədəfə alıb.

AzerTimes xəbər verir ki, Bayden builki seçkilərdə rəqibi olacağı gözlənilən Trampı “Amerika demokratiyası üçün böyük təhlükə” adlandırıb.

Bayden bu il keçiriləcək prezident seçkilərinin demokratiya üçün bir sınaq olacağını vurğulayıb. “Seçkidə demokratiya olacaq, azadlığınız seçki bülletenində olacaq”, – deyən Co Bayden seçiciləri ona səs verməyə çağırıb.

Teqlər: