Bayden: Tramp qorxusundan seçkiyə qatılıb

Bayden: Tramp qorxusundan seçkiyə qatılıb

ABŞ Prezidenti Co Bayden əsas siyasi rəqibi Donald Trampı azadlığını itirmək qorxusu ilə seçki yarışına girən məhkum edilmiş cinayətkar adlandırıb.

AzerTimes xəbər verir ki, Bayden bu barədə Konnektikutda tərəfdarları ilə görüşdə deyib.

“Amerika tarixində ilk dəfə olaraq cinayət törətməkdə təqsirli bilinən keçmiş prezident prezident olmaq istəyir”, – o bildirib.

Bayden qeyd edib ki, Tramp 2020-ci il prezident seçkisində məğlub olduğuna görə sözün əsl mənasında dəli olur:

“Onun söhbətinə qulaq asın. O, bir günlük diktator olmaq istəyir”.

Teqlər: