ABŞ prezident administrasiyası Çinin TikTok sosial şəbəkəsinin ölkədə istifadəsini qadağan edən qanun layihəsini dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner deyib.
“Düşünürəm ki, Ağ Ev bu qanun layihəsini dəstəkləyir”, – o bildirib.
O qeyd edib ki, bu sosial şəbəkə amerikalı istifadəçilərin şəxsi məlumatlarının “sızması” baxımından təhlükə yaradır:
“Bu kanal (TikTok sosial şəbəkəsi) Kommunist Partiyasının (Çin) təbliğ etdiyi təbliğat və ya dezinformasiya üçün istifadə oluna bilər”.