ABŞ Prezidenti Co Bayden Ukraynaya uzaqmənzilli raketlər göndərməyə qərar verməyə yaxındır ki, bu da ABŞ-ın Kiyevə hərbi dəstəyi ilə bağlı daha bir səhifə açır.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbəyə istinadla məlumat yayıb.
“Tezliklə qərar verilə bilər”, – Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbəri Andrey Yermak isə qeyd edib ki, ABŞ-ın Kiyevə ATACMS göndərilməsinə razılıq verəcəyinə əmindir.