ABŞ-ın keçmiş prezidenti Barak Obama Los-Ancelesdə hazırkı dövlət başçısının seçki kampaniyası üçün maliyyə toplama tədbirində çıxış edən Co Baydeni səhnədən endirməyə məcbur olub.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsi X sosial şəbəkə səhifəsində yazıb.
“Bayden donub qaldı, bundan sonra Obama onun qolundan tutub səhnədən uzaqlaşdırdı”,- məlumatda deyilir.
Qeyd olunur ki, keçmiş və indiki prezidentlər tamaşaçılarla səhnədən vidalaşıblar:
“Bir anda Bayden donub qalıb və sadəcə gülümsəyib, bundan sonra Obama onun əlindən tutub çıxışa doğru aparıb”.