ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Szinpin San-Fransisko yaxınlığındakı Filoli malikanəsində görüşüblər.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
Görüşdükdən sonra tərəflər əl sıxışıblar, sonra danışıqlar üçün binaya daxil olublar.
KİV-in məlumatına görə, Amerika kəşfiyyat orqanları iki ölkə liderinin görüş yeri ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Filoli malikanəsindən 10 km aralıda yol bağlanıb.
Qeyd edək ki, S.Szinpin ABŞ-da səfərdədir.