ABŞ Prezidenti Co Bayden çinli həmkarı Si Szinpinlə danışıqlar zamanı dialoqu bərpa etmək və tarazlıq sistemi yaratmaq istəyir.
AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Bayden güclər arasında rəqabətin münaqişəyə çevrilməməsi üçün əlaqələri gücləndirməkdə qərarlıdır”, – məlumatda deyilir.
Qeyd edək ki, Bayden və Szinpin Balidə keçiriləcək G20 sammitində görüşəcəklər. Bundan əvvəl bildirilib ki, danışıqlar zamanı ABŞ və Çin liderləri Tayvan, Ukrayna və Şimali Koreya ətrafında vəziyyəti müzakirə etməyi planlaşdırırlar.