ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Bayden və Sunak danışıqlar zamanı Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı tədbir görmək, Çindən gələn çağırışlara cavab vermək və əlverişli enerji təchizatını təmin etmək üçün birlikdə fəaliyyətin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin, Şimali İrlandiyada protestantlar və katoliklər arasında münaqişənin həllinə təşəbbüs göstərən 1998-ci il Belfast sülh sazişinin qorunub saxlanmasının zəruriliyini də müzakirə edib”, – məlumatda deyilir.