ABŞ Prezidenti Co Bayden və Böyük Britaniya Baş naziri Keyr Starmer arasında keçiriləcək görüşdən sonra Rusiya ərazisinə zərbələr endirilməsi mövzusunda qərarın qəbulu gözlənilmir.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Mən bu gün Rusiyanın dərinliklərinə zərbələrlə bağlı açıqlama gözləmirəm. Bununla bağlı siyasətimiz dəyişmədi, dəyişiklik də gözləmirəm”, – Kirbi vurğulayıb.